14 
Avq
2022
05:51
102
24
3317
Virtual karabakh

“YouTube”a istifadəçilərin işini asanlaşdıracaq funksiya əlavə olunur

14 Avq, 2022
05:51
3317

“YouTube”a istifadəçilərin işini asanlaşdıracaq funksiya əlavə olunur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“YouTube” tezliklə “Netflix” kimi müxtəlif striminq xidmətlərinə abunəliklər satacaq “Channel Store” “vitrininə” sahib olacaq.

“Channel Store” funksiyası elə həyata keçiriləcək ki, istifadəçilər müəyyən axın platformasının konkret şousuna həsr olunmuş treylerlərə baxdıqdan sonra xidmətlərə abunə ala bilsinlər.

Məlumata görə, “YouTube” artıq bir neçə striminq xidməti ilə danışıqlar aparır və şirkətlərin “Channel Store” vasitəsilə satılan abunəliklərdən əldə olunan gəlirin bölüşdürülməsi variantlarını müzakirə edir.

Distribusiyanın bu modelinin üstünlüyü ondan ibarətdir ki, “YouTube” çox vaxt “Netflix” kimi xidmətlər üçün potensial müştəriləri əhatə edən böyük bir auditoriyaya malikdir. Hər ay iki milyarddan çox insan “YouTube”a daxil olur.

Mənbə: The Washington Post

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri