23 
Yan
2020
16:08
14
73
3714
Virtual karabakh

“Ölümə tərk edilən” cihazlar: Diqqət! “Apple” artıq onları dəstəkləmir...

23 Yan, 2020
16:08
3714

“Ölümə tərk edilən” cihazlar: Diqqət! “Apple” artıq onları dəstəkləmir...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əgər siz bu “ıPhone” modellərinə sahibsinizsə, təəssüf edirik, “Apple” artıq sizi dəstəkləmir.

“Hürriyyet” “Apple” şirkətinin proqram təminatını dayandırdığı məhsullarının siyahısını tərtib edib.

“Apple” iOS sistemini yenilədikcə getdikcə daha çox model dəstəklənmir və bu da “ölümə tərk edilmiş” modellərin sayını gün keçdikcə artırır:

“iPhone 6S Plus”

“Apple”ın illər əvvəl satışa çıxardığı və geniş ekranı ilə diqqət çəkən modeli artıq proqram təminatı baxımından dəstəklənmir.

“iPhone 6S” üçün də vəziyyət fərqli deyil. Əlinizdə bu telefon varsa, demək, artıq telefonunuz yeniləmələri dəstəkləmir.

“iPhone 6 Plus” isə “iPhone 6S” seriyası ilə müqayisədə, çoxdan “Apple” dəstəyindən məhrum edilmiş telefondur.

iPhone 6” isə “iPhone 6 Plus” modelinin kiçik ekranlısıdır və o da artıq proqram təminatını dəstəkləmək imkanlarından məhrumdur.

iPhone 5S” “iPhone SE”dən əvvəl kiçik ekranla qarşımıza çıxan son telefondur. Cihaz olduqca köhnəldiyindən “Apple“ın dəstək siyahısından çıxarılıb.

iPhone 5C” satışa çıxdığı zaman “Apple”ın daha aşağı qiymətə sahib modeli kimi tanındı, ancaq bu model də dəbdən düşdü.

“Apple” şirkətinin proqram təminatını dayandırdığı digər cihazlar bunlardır:

“iPhone 5”, “iPhone 4S”, “iPhone 4”, “iPhone 3GS”, “iPhone 3G”, “iPad 3G”, “iPod nano” (4-cü nəsil), “iPod nano” (5-ci nəsil), “iPod shuffle” (3-cü nəsil), “iPod touch”, “iPod touch” (2-ci nəsil), “iPod touch” (3-cü nəsil), “iPod Touch” (5-ci nəsil), “iPod classic” (120 GB), “iPod Hi-Fi”, “iPod mini”, “iPod nano” (2. nəsil), “iPod nano” (3. nəsil), “iPod nano” (4-cü nəsil).

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri