May
2024
17:38
14
76
770
Virtual karabakh

Xarici ticarət niyə azalır?

2 May, 2024
17:38
770

Xarici ticarət niyə azalır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pərviz Heydərov yazır...

Hələ ötən ilin yekunlarına dair məqaləmdə yazmışdım ki, ölkəmizin xarici ticarət dövriyyəsi 51 milyard 183 milyon 899 min ABŞ dollar təşkil etməklə, əvvəlki ildə, yəni 2022-ci ildəki 52 milyard 686 milyon 488 min dollar rəqəmlə müqayisədə 2,86% azalıb.

Əlavə olaraq qeyd etmişdim ki, düzdür, dövriyyənin enməsinə rəğmən müsbət saldo hökmran olaraq qalır, amma ki, ixrac 33 milyard 898 milyon 554 min dollar, idxal isə 17 milyard 285 milyon 344 min dollar təşkil etməklə birinci 16 milyard 613 milyon 210 min dollarlıq üstün fərqlə 2022-ci ildə bu sahədəki 23 milyard 606 milyon 771 min dollarlıq göstəricidən 30%-ə qədər aşağı düşüb.

Bütün bunların çox təhlükəli tendensiya olduğunu yazmışdım. İqtisadiyyatda makrosabitliyi təmin edən göstəricilərdən biri xarici ticarət dövriyyəsi, yəni, bunun həcmi, idxalın ixracdan və ya ixracın idxaldan üstün olması faktoru sayıldığından, tədiyyə balansı və valyuta bazarında vəziyyət məhz buna əsasən müəyyən olunur.

Təəssüf ki, bu ilin geridə qalan ilk üç ayı ərzində də sözügedən tendensiya davam edib. Xarici ticarət dövriyyəmiz 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21,4% azalıb. 

Ötən ilin ilk üç ayında ixrac 7 milyard 741 milyon 330 min, idxal isə 4 milyard 29 milyon 860 min dollar təşkil etmişdisə, cari ilin eyni dövründə bu rəqəmlər müvafiq olaraq 5 milyard 984 milyon 330 min və 3 milyard 711 milyon 630 min dollar olub.

Nəticədə 2023-cü ilin birinci rübü ərzində əldə olunan 3 milyard 711 milyon 470 min dollarlıq müsbət saldo bu ilin ilk rübündə 2 milyard 272 milyon 710 min dollara enib. Yəni, xarici ticarət dövriyyəsində ixracın idxaldan üstünlüyü 63%-dən az təşkil edib.

Sual yaranır, xarici ticarət niyə enir, buna səbəb nədir?

Dərhal, qeyd oluna bilər ki, bu, neft-qaz sektoruna daxil məhsullar üzrə ixracın azalması ilə bağlıdır. Belə ki, xüsusən xam neft hasilatı üzrə ölkədə hasilatın davamlı olaraq enişi getdikcə hətta qlobal bazarlarda qiymətlər indikindən də yuxarı olduğu təqdirdə bunu sığortalaya bilməyəcək. 

Yəni, son vaxtlaradək dünya bazarlarında qiymət səviyyəsi hasilatın enməsinə görə valyuta ifadəsində itkilərimizi kompensasiya edə bilirdisə, getdikcə bu, mümkün olmayacaq.

Ancaq iş bundadır ki, real səbəb, heç də bu deyil. Xarici ticarətimizin enməsi qeyri-neft-qaz sektoru üzrə ixracın azalması ilə əlaqədardır. Belə ki, qeyri-neft-qaz sektoru üzrə ixrac ötən ilin ilk üç ayı ərzində 912 milyon 192 min 590 dollar təşkil etmişdisə, bu ilin ilk rübündə 673 milyon 709 min 80 dollara düşüb.

Həmçinin, sözügedən sektora aid məhsulların ixracı qeyd olunan rüb ərzində ümumi ixracda keçən il 11,78% paya sahib idisə, cari il 11,26% təşkil edib. Halbuki, ötən il də daxil olmaqla son vaxtlar qeyri-neft-qaz üzrə ixrac bütün rəqəmlər üzrə artırdı.

Buna bahəm də yazmışdım ki, neft-qaz sektoruna aid məhsulların ixracda payı yüksək olduğundan, onun azalmasına münasibətdə qeyri-neft-qaz sektoruna daxil məhsulların ixracda artması sürəti gərək daha yüksək təşkil etsin. Bu isə mümkün deyil, ən azı o səbəbdən ki, qeyri-neft-qaz sektoru üzrə bəlli birillik artım tempi, sürəti və imkanı mövcuddur.

Məsələn, bu il ərzində ölkəmizin neft-qaz sektorunda 1,7% azalma, qeyri-neft-qaz sektorunda isə 4,6% artım proqnozlaşdırılıb. Bundan artıq mümkün deyil.

Hələ yaxşı ki, cari ilin birinci rübündə xarici ticarətin azalması həm də idxal üzrə baş verib. Yəni, idxal da azalıb. Əksinə olarsa, neft-qaz üzrə ixracın hasilatın enməkdə olması ilə əlaqədar azalmasıyla bərabər bu, dövriyyə üzrə müsbət saldonun daha tez əldən getməsi təhlükəsi yaradar. 

Hansı ki, qeyd olunan məsələ onsuz da yuxarıda sadalanan rəqəmlərə əsasən ciddi xarakter kəsb edir.

Xarici ticarətdə müsbət saldo isə iqtisadiyyatda dayanıqlıq üçün tələb olunan əsas şərtlərdən sayılır. Maliyyə sabitliyi, dövlət büdcəsi gəlirliliyi, istehsalda artım tempi və sair bunun əsasında dayanır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri