May
2024
17:10
18
210
1039
Virtual karabakh

Azərbaycanın hotellərində orta qiymət qonşu ölkələrlə müqayisədə aşağıdır

1 May, 2024
17:10
1039

Azərbaycanın hotellərində orta qiymət qonşu ölkələrlə müqayisədə aşağıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin yanvar-may aylarında Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com-da bir gecələmək üçün orta qiymət göstəricisi Gürcüstan, Ermənistan və Türkiyənin İstanbul şəhəri ilə müqayisədə aşağı olub.

“Report” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, Azərbaycan hotellərində orta qiymət yanvarda 87,5 manat, fevralda 102,6 manat, martda 133,3 manat, aprel ayında 131,67 manat təşkil edib. Bu ilin may ayı üçün isə yerli hotellərdə orta qiymət 131,75 manat təşkil edib.

Bu, 2023-cü ilin eyni dövrünün ayları ilə müqayisədə 7,3%, 29,3%, 43,3% və 37,7% artıb. Ötən ilin may ayının göstəricisi açıqlanmayıb.

Türkiyənin İstanbul şəhərində bütün ulduz təsnifatları üzrə hotellərdə orta qiymət yanvar ayında 159,5 manat (- 2,8%), fevralda 130,6 manat (+ 14,5%), martda 138,2 manat (- 15,7%), apreldə 180,8 manat (+ 0,5%) və mayda 193,2 manat (ötən ilin may aylarının göstəriciləri açıqlanmayıb) təşkil edib.

Gürcüstanda müvafiq olaraq orta qiymət 159 manat (+ 34,7%), 126 manat (+ 21,5%), 111 manat (- 0,1%), 141 manat (- 9,2%) və 132,2 manat (ötən ilin may ayının göstəriciləri açıqlanmayıb) olub.

Ermənistanda isə yanvar 106,6 (- 15,2%), fevral 97,2 (- 7,2%), mart 102,5 (- 7,8%), aprel 112 (- 29,4 %) və mayda 140 manat (ötən ilin may ayının göstəriciləri açıqlanmayıb) təşkil edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri