30 
Apr
2024
11:28
16
47
980
yuxarı
Parisdə “IEA-COP29” formatında yüksək səviyyəli ilk dialoq keçiriləcək
30 Apr, 2024
11:28
980
16
47
Parisdə “IEA-COP29” formatında yüksək səviyyəli ilk dialoq keçiriləcək
Fransanın paytaxtı Parisdə mayın 15-də “Beynəlxalq Enerji Agentliyi (IEA)-COP29” formatında ilk yüksək səviyyəli dialoq keçiriləcək.
“Report” xəbər verir ki, İEA-nın icraçı direktoru Fatih Birol sosial şəbəkələrdə İtaliyanın Turin şəhərində ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti Muxtar Babayevlə görüş keçirdiyini bildirib.
“COP29-un prezidenti Muxtar Babayevlə bu il Bakıda COP29-un uğurlu nəticələrinin təmin edilməsi və IEA-nın milli səviyyədə müəyyən edilən yeni töhfələrə dəstək verməsi barədə müzakirələr aparılıb. Biz mayın 15-də Parisdə “IEA-COP29” formatında yüksək səviyyəli ilk dialoqu keçirməyi səbirsizliklə gözləyirik”, - o qeyd edib.