25 
Apr
2024
19:48
75
57
770
Virtual karabakh

Nazir müavini: “Azərbaycan iqtisadiyyatı 2024-cü ilə yüksək göstəricilərlə başlayıb”

25 Apr, 2024
19:48
770

Nazir müavini: “Azərbaycan iqtisadiyyatı 2024-cü ilə yüksək göstəricilərlə başlayıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan iqtisadiyyatı 2024-cü ilə yüksək göstəricilərlə başlayıb”.

Oxu.Az xəbər verir ki, bu sözləri “Sahibkarlar günü”nə və Azərbaycan Sahibkarlar Konfederasiyasının yaranmasının 25 illiyinə həsr olunmuş “Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü” mövzusunda baş tutan konfransda iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.

O, qeyd edib ki, sahibkarlıq fəaliyyətinin genişlənməsi ölkənin iqtisadi artım göstəricilərinə də əhəmiyyətli dərəcədə təsir göstərir:

“Nəticədə Azərbaycan iqtisadiyyatının inkişaf dinamikasında müsbət meyillərin davamlılığı qorunur. Cari ilin ilk rübündə Ümumi Daxili Məhsulun həcmi 2023-cü ilin müvafiq dövrünə nisbətən 4% artaraq 29 milyard manat təşkil edib”. E.Əliyev əlavə edib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft-qaz sektorunda məhsul istehsalı 7,8 faiz artıb:

“Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-mart aylarında 15,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Ölkəmizdə iqtisadi artımın strateji faktoru olan investisiya fəallığının təşviqi istiqamətində görülən işlər də müsbət nəticələr verir. 2024-cü ilin ilk rübündə əsas kapitala yönəldilmiş vəsaitlər 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4% artaraq 3,8 milyard manata çatıb. Bu müddətdə qeyri-neft-qaz sektoruna yönəlmiş investisiyalarda artım 4,8% olub”.

“Sadalanan rəqəmlər iqtisadi sferada qazanılmış uğurları əyani şəkildə göstərir. Bu uğurlar nüfuzlu beynəlxalq reytinqlərdə də öz əksini tapır. “Financial Times”ın “FDI Intelligence” nəşri 2023-cü ildə birbaşa xarici investisiyaların artım sürətinə görə şəhərlərin TOP 100 reytinqini açıqlayıb. Bakı reytinq sıralamasında üçüncü yerdə qərarlaşıb”,- deyə E.Əliyev fikrini tamamlayıb.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri