30 
Yan
2023
11:40
26
286
2962
Virtual karabakh

Dünyanı taxılsız gələcək gözləyir

30 Yan, 2023
11:40
2962

Dünyanı taxılsız gələcək gözləyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqlim dəyişikliyi və ərzaq sövdələşməsinin potensial pozulması qlobal taxıl bazarına mənfi təsir göstərə bilər.

Bu barədə analitiklər xəbərdarlıq ediblər.

Ekspertlər qlobal bazar üçün bir təhlükənin iqlim dəyişikliyindən qaynaqlandığını vurğulayıblar. Söhbət Sakit okeanın ekvatorial mərkəzi və şərq hissəsində atmosferin sirkulyasiyasının dəyişməsi ilə nəticələnən okean səthinin soyumasından gedir. Mütəxəssislər, artıq üç il ardıcıl olaraq davam edən “La Nina” hadisəsinin bu il bütün dünyada zərərli təsir göstərə biləcəyinə diqqət çəkirlər. Qeyd edək ki, okean və atmosfer hadisəsi “La Nina” dünyanın bəzi bölgələrində hava şəraitinə böyük təsir edərək, şiddətli tufanlara və quraqlığa səbəb olur.

Ekspertlərin sözlərinə görə, taxıl sövdələşməsi də dünya qiymətlərinin aşağı düşməsində böyük rol oynayıb. Lakin analitiklərin fikrincə, o pozula bilər, bu isə, ərzaq qiymətlərinin növbəti dəfə qalxmasına səbəb olacaq.

Analitiklər taxıl müqaviləsinin gələcəyini “tək mühərriklə uçuşa” bənzədiblər. Məsələ ondadır ki, “mühərrik” işləyərkən vəziyyət nisbətən stabildir, ancaq onun dayanması ciddi problemlərə səbəb ola bilər.

Mənbə: Financial Times

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri