19 
Yan
2022
10:52
10
118
1445
Virtual karabakh

Əhali mobil xidmətlərdən istifadəyə nə qədər pul xərcləyib?

19 Yan, 2022
10:52
1445

Əhali mobil xidmətlərdən istifadəyə nə qədər pul xərcləyib?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2021-ci il ərzində göstərilmiş xidmətlərin dəyəri 2 milyard 384,2 milyon manat təşkil edib.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, göstərilən xidmətlərin dəyəri əvvəlki illə müqayisədə 6,1 faiz artıb.

Bildirilib ki, bunun 75,8 faizi əhali tərəfindən istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 41,2 faizi və ya 982,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb. Bu isə 2020-ci illə müqayisədə 5,3 faiz çoxdur.

Qeyd edək ki, 2020-ci ildə informasiya və rabitə sahəsində göstərilmiş xidmətlərin dəyəri 2 milyard 235,9 milyon manat olub. Xidmətlərdən əldə edilən gəlirin 933,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri