15 
Apr
2024
11:30
6
74
3529
Virtual karabakh

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı

15 Apr, 2024
11:30
3529

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xalamın 37 yaşı var idi. Təbii gözəl idi. Qocalmamışdı. Sevənlərindən bir məktub gəlmişdi. Məktubda yazılmışdı ki, “çox gözəl xanımsınız, amma buxağınız sizi heç də gözəl göstərmir”. Xalam bu məktubdan sonra efirlərə çıxanda boynuna zinət əşyaları taxırdı, komplekslərdən bu yolla azad olmaq istəyirdi. Ağlına salmışdı ki, mütləq plastik əməliyyat olunacağam. Anam da, xalalarım da onu bu yoldan geri döndərə bilmədilər. Xalam haqq dünyasındadır. Allah ona rəhmət etsin, günahlarını bağışlasın”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış sənətkar, müğənni Nəzakət Məmmədovanın bacısı qızı Ruziyə Cəfərova deyib. O daha sonra Nəzakət Məmmədovanın ölümünü hələ də “müəmma” adlandıranlara cavab verib.

“Nəzakət xanım sadəcə plastik əməliyyatın qurbanı oldu. Yıxılanın üstünə əli balta ilə gedən çox olur. Bu gün də cavanlar 20 dəfə plastik əməliyyata gedir. Ötən il qonşumuz da burnundan plastik əməliyyat olunanda öldü. Sənətkarlar haqqında çox şey danışıb deyə bilərlər, amma haqsızlıq da lazım deyil. Nəzakət xalam Polad Bülbüloğlu ilə Məkkədə və İraqda imam Əlinin ziyarətgahında olub. Əməliyyat bir tərəfdən olmuşdu, sağ tərəfi yarımçıq qalmışdı. Nəzakət xanım özünü yaxşı hiss etmədiyini bildirəndə həkim əməliyyatı dayandırmışdı. 1981-ci ilin oktyabrın 21-də xalam dünyasını dəyişdi, 26-da dəfn olundu. Təzəpir məscidində yuyuldu. Mən də cavan idim, yeni ailə həyatı qurmuşdum. Anam mənim həyat yoldaşımı, Nəzakət xanımın dayısı qızlarını çağırdı ki, gəlib cənazəyə baxsınlar. Çünki mənim yoldaşıma onlar “qardaş” deyə müraciət edirdilər, onu çox istəyirdilər. Dedi ki, qoy gözü ilə görsün ki, ona heç kim müdaxilə etməyib, yalnız plastik əməliyyatdan ölüb. Həkim səhlənkarlığının qurbanı oldu. Sonradan bildik ki, onu əməliyyat edən cərrah yox, kosmetoloq olub. Özü də əməliyyata içkili girib. Savadlı adam olmayıb. Səhvi edən həkim cəzasını da çəkdi. Biz elə bildik ki, öd xəstəliyindən dünyasını dəyişib. Çünki ödündən çox narahat idi, bir ay öncə Kəlbəcərdə olmuşdu. Nəzakət xalamı məsciddə yuyan qadın sonra haradasa olanda xalamdan danışıb. Orada durub deyib ki, “gətirin əlimi qurana basım ki, onun heç nəyi yox idi, sağ boğazı tərəfdən yuxu damarı kəsilmişdi”. O qadın da bütün şayiələrə son qoydu”, - deyə sənətkarın yaxını bildirib.

Ruziyə xanım bildirib ki, Nəzakət xanımdan sonra o ailədə bir neçə insan dünyasını dəyişib.

“Nəzakət xanım hələ sağlığında həyat yoldaşı Qüdrətdən ayrılmışdı. Artıq o da dünyasını dəyişib. O vaxtdan o tərəflə əlaqəmiz yoxdur. Daha sonra get-gəl etmədik. Nəzakət xanımın adını daşıyan nəvəsi Nəzakət də qəzada dünyasını dəyişib. Mədəniyyət və İncəsənət universitetində təhsil alırdı, həvəsli idi. İctimai Televiziya ilə çəkilişdən gələndə Dərnəgül şosesində avtomobil ağaca dəymişdi, ağacdan o zərbə almışdı. Rejissorluq fakültəsində təhsil alırdı, həvəsli idi ki, nənəsi haqqında verilişlər hazırlasın, onun sənətini təbliğ etsin. Qismət olmadı. Qızının ölümünə dözməyən atası da ondan sonra öldü” , - deyə sənətkarın bacısı qızı bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri