10 
Apr
2024
13:11
30
70
1585
Virtual karabakh

Xoakin Fenikslə Ledi Qaqanın baş rollarını oynadıqları filmin treyleri yayımlandı - FOTO/VİDEO

10 Apr, 2024
13:11
1585

Xoakin Fenikslə Ledi Qaqanın baş rollarını oynadıqları filmin treyleri yayımlandı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Warner Bros.” şirkəti “Joker” filminin sikveli olan “Joker: Folie a Deux”nun tam treylerini təqdim edib.

Baş rollarını Xoakin Feniks və Ledi Qaqanın oynadığı filmin aktyor heyətinə “Dedpul 2” filmindən tamaşaçılara məlum olan Zazi Bits, Brendan Qlison (“The Banshees of Inisherin”) və Ketrin Kiner (“Kapote”) də daxildirlər. Filmin rejissoru yenə Todd Fillipsdir.

Süjetə əsasən, “Joker”ə çevrildikdən və televiziyada canlı yayımda Murrey Franklini öldürdükdən sonra Artur Flek “Arkhem” psixiatriya xəstəxanasına düşür və burada həkim Harlin Kvinzellə tanış olur. İkisi tez bir zamanda dəlicəsinə bir-birinə aşiq olanda Qothem rayon prokuroru Harvi Dent Arturun əvvəlki hərəkətlərinə görə cinayət işi açır və Harlini cinayətdəki yeni tərəfdaşını xilas etmək üçün hərəkətə keçməyə məcbur edir.

Oxu.Az-ın məlumatına görə, “Joker: Folie a Deux” üzərində iş 2021-ci ilin payızında başlayıb. Premyera 4 oktyabr 2024-cü il tarixinə planlaşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri