21 
Yan
2024
03:51
29
106
2287
Virtual karabakh

Hollivud ulduzu Alek Bolduin operatorun qətlində yenidən ittiham olundu

21 Yan, 2024
03:51
2287

Hollivud ulduzu Alek Bolduin operatorun qətlində yenidən ittiham olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin Nyu-Meksiko ştatında Məhkəmənin Böyük jürisi aktyor və prodüsser Alek Bolduinə qarşı ittihamları təsdiqləyib. Hollivud ulduzu 2021-ci ildə “Rust” (“Pas”) filminin çəkilişi zamanı operator Qalina Hatçinsin həlak olması ilə bağlı “ehtiyatsızlıqdan adam öldürmə” maddəsində təqsirləndirilir.

Bildirilir ki, Bolduinin işi bu həftə yenidən ABŞ hüquq sistemində prokurorlar tərəfindən irəli sürülən ittihamları təsdiqləməkdə məsul olan Andlılar məhkəməsinin Böyük jüri heyətinə təqdim edilib.

Heyət müəyyən edib ki, prokurorun dəlilləri işin məhkəməyə verilməsi üçün kifayət edir.

Xatırladaq ki, 2021-ci ildə “Pas” (“Rust”) filminin çəkiliş meydançasında Bolduin təsadüfən atışa hazır olan silahdan atəş açıb. Nəticədə operator Qalina Hançins və rejissor Coel Sousa yaralanıblar. Operatorun həyatını xilas etmək mümkün olmayıb. Bolduinə qarşı adam öldürmə ilə bağlı rəsmi ittiham irəli sürülüb. Daha sonra aktyora qarşı ittihamlar götürülüb və o, layihədə çəkilişlərini davam etdirə bilib. Filmin çəkilişləri isə faciədən 18 ay sonra başa çatıb.

Mənbə: Associated Press

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri