Dek
2022
21:30
217
30
5562
Virtual karabakh

Mirzə Babayev haqqında bilmədikləriniz - VİDEO

9 Dek, 2022
21:30
5562

Mirzə Babayev haqqında bilmədikləriniz - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan estrada musiqisinin banilərindən biri, sənətdə “Mirzə dayı” kimi tanınan Mirzə Babayev ixtisasca memar idi.

Nizami adına Ədəbiyyat Muzeyi, “Vətən” kinoteatrı, Gəncədə, Ağdamda bir neçə inzibati binanın memarlarından biri də o olub. Həyat yoldaşı Güllü xanım vaxtsız dünyasını dəyişib. Mirzə Babayev həyat yoldaşını o qədər çox sevirdi ki, ondan sonra evlənməyib.

Çoxu “O olmasın, bu olsun” filmində Məşədi İbadın dilindən oxunan mahnıları onun oxuduğunu bilmir. Ümumiyyətlə, bir çox Azərbaycan filmlərində mahnıları Mirzə Babayev ifa edib.

50-yə yaxın filmə çəkilən, bunların çoxunda aktyor kimi iştirak edən Xalq artisti rollarını o qədər canlı oynayıb ki, dediyi sözlər dillər əzbərinə çevrilib.

Baku TV-nin M.Babayev haqqında hazırladığı filmdə mərhum sənətkarın sənət yoluna nəzər salınıb, onun haqqında az bilinən faktlardan bəhs olunub.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri