Dek
2022
03:38
25
82
3113
Virtual karabakh

“Hər yerdə, eyni anda” olan Hollivud ulduzu “İlin ikonası” seçildi - FOTO

8 Dek, 2022
03:38
3113

“Hər yerdə, eyni anda” olan Hollivud ulduzu “İlin ikonası” seçildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hər şey, hər yerdə, eyni anda” (“Everything Everywhere All at Once”) və “Oturan pələng, gizlənən əjdaha” (“Crouching Tiger, Hidden Dragon”) filmlərindəki rolları ilə daha çox məşhurlaşan malayziyalı aktrisa Mişel Yeo “Time” jurnalı tərəfindən 2022-ci “İlin ikonası” seçilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə nəşrin saytında xəbər verilib.

60 yaşlı aktrisa karyerası ərzində “Geyşanın memuarları” (“Memoirs of a Geisha”), “Eramızın Babili” (“Babylon A.D.”), “Mumiya: Əjdaha İmperatorunun Qəbri” (“The Mummy: Tomb of the Dragon Emperor”), “Hədsiz zəngin asiyalılar” (“Crazy Rich Asians”), “Qalaktika mühafizəçiləri 2” (“Guardians of the Galaxy Vol. 2”), “Şanq-Çi və on halqa əfsanəsi” (“Shang-Chi and the Legend of the Ten Rings”) və s. kimi filmlərdə rol alıb.

Onun iştirakı ilə son layihə isə rejissor Ceyms Kemeronun çəkdiyi “Avatar: Su yolu” (“Avatar: The Way of Water”) filmi olub.

“Yeo həmişə nə istədiyini - özünü göstərmək, artıq təcəssüm olunmuş personajları səsləndirmək, oynamaq, sevmək, kino sehrinin köməyi ilə tamaşaçıya yaxınlaşmaq - bilən qadın olub”, - deyə aktrisa barədə məqalədə qeyd olunub.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri