İyl
2022
17:12
121
14
2267
Virtual karabakh

Yakutiyada itən “AN-2”nin qalıqları tapıldı: 10 gün meşədə qalan yaralı sərnişin danışdı - FOTO/VİDEO

1 İyl, 2022
17:12
2267

Yakutiyada itən “AN-2”nin qalıqları tapıldı: 10 gün meşədə qalan yaralı sərnişin danışdı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yakutiyada təqribən 10 gün əvvəl radardan itən “An-2” təyyarəsinin qalıqları tapılıb. Yanmış təyyarə “Mi-8”də olan xilasedicilər tərəfindən aşkarlanıb.

Qəza yerində iki nəfərin meyiti tapılıb. Axtarışlardan sonra üçüncü şəxsin - 36 yaşlı Pavel Krivoşapkinin - sağ olduğu və bütün bu müddət ərzində yaralı halda meşədə kömək gözlədiyi məlum olub.

Krivoşapkinin sözlərinə görə, “An-2” təyyarəsi uçuş zamanı qatı dumana düşüb və pilotun səylərinə baxmayaraq təyyarə dağa çırpılıb.

Pavel kabinədə tüstü içində oyandığını və sürünərək çölə çıxa bildiyini deyib. İki gün sonra gölün sahilində boş bir balıqçı evi tapıb, orada olan “Doşirak”larla (tez hazır olan yeməklər) qidalanıb. Helikopterin səsini eşitdikdə isə açıq sahəyə çıxıb və jiletini bağladığı dəyənəyini yelləməyə başlayıb.

Pavel Krivoşapkin artıq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta ağır qiymətləndirilir, beyin silkələnməsi və qabırğaların qapalı sınığı müəyyən olunub.

“Life Shot” “Telegram” kanalı

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri