Tağıyevin abidəsinin müəllifi: “Səhərə qədər yatmamışam”
Tağıyevin abidəsinin müəllifi: “Səhərə qədər yatmamışam”
Z.Tağıyevin heykəlində ən zəif yer təsbehdir.
Bunu Oxu.Az-a açıqlamasında heykəli hazırlayan Xalq rəssamı Xanlar Əhmədov bildirib.
Onun sözlərinə görə, artıq heykəldən qoparılan təsbeh bərpa olunub:
“Səhərə qədər yatmamışam, ustalarla birgə yenidən bərpa etdik. Artıq heykəl tam hazır vəziyyətdədir”.
Xalq rəssamı qeyd edib ki, heykəl elə metaldan hazırlanıb ki, əsrlər boyu qala bilər:
“Hansısa vandallar dünən heykəlin təsbehini sındırıb. Təsbeh heykələ iki nöqtədə birləşib - bu yeganə zəiflikdi. Onlar da təsbehi qırıblar. Artıq hadisəni törədənlər saxlanılıb”.
Qeyd edək ki, ötən gün naməlum şəxslər paytaxtın Səbail rayonunda Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vurublar. Bu gün səhər saatlarında zərər vuran şəxslərin kimlikləri müəyyən edilib.
İlhamə Əbülfət