Dek
2021
08:38
14
150
3376
Virtual karabakh

Məşhur yazıçı onun təcavüzü ittihamı ilə həbsdə yatan şəxsdən üzr istədi - FOTO

2 Dek, 2021
08:38
3376

Məşhur yazıçı onun təcavüzü ittihamı ilə həbsdə yatan şəxsdən üzr istədi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya bestselleri “Sevimli sümüklər”in (“The Lovely Bones”)  müəllifi Alic Sibold ona təcavüz ittihamı ilə 16 il həbsdə yatan kişidən açıq şəkildə üzr istəyib.

“İlk növbədə, Entoni Broduoterdən səmimi üzr istəyirəm. Mən, həqiqətən təəssüflənirəm və başınıza gələnlərə görə üzr istəyirəm... 1982-ci ildə mən ədalətsizliyi davam etdirməyə və bir gəncin həyatını əbədi dəyişməyə deyil, ədalətə nail olmağa çalışırdım”, – deyə Sibold “Medium” bloq platformasında yazıb.

1981-ci ildə Sibold tələbə olarkən naməlum şəxs tərəfindən cinsi təcavüzə uğrayıb. Bir neçə ay sonraqadın küçədə Entoni Broduoterlə tanış olur və onun həmin təcavüzkar olduğunu düşünərək polisə müraciət edib. Nəticədə, kişi 1982-ci ildə məhkum edilib və 1998-ci ilə qədər həbsdə olub. Azadlığa çıxandan sonra o, seksual cinayətkarların reyestrində qalıb. 2021-ci ilin noyabrında keçirilən təkrar məhkəmə araşdırması göstərdi ki, kişi kifayət qədər dəlil olmadığı halda mühakimə olunub.

Yazıçı üzrxahlıq məktubunda polis sisteminə etibar etdiyini və nəticədə səhvə yol verdiini bildirib. O, həmçinin etiraf edib ki, bəlkə də onun əsl təcavüzkarı heç vaxt tutulmayacaq.

Qeyd edək ki, Sibold isə təcavüzdlə bağlı yaşadıqlarını “Uğurlu”  (“Lucky”) debüt əsərində təsvir edib.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri