22 
Apr
2019
12:31
29
167
4780
Virtual karabakh

Bestseller əsasında çəkilən film “CinemaPlus”da - FOTO/VİDEO

22 Apr, 2019
12:31
4780

Bestseller əsasında çəkilən film “CinemaPlus”da - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında 2019-cu ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilinə peşəkar dublyaj olunmuş Amerika istehsalı olan “Sonra” filminin nümayişi keçirilib. Melodrama dünyəvi bestseller əsasında çəkilib.

Filmi Samirə Əfəndi, Əlixan Rəcəbov, Gülnarə Zulalova, Nicat Ələskərov, Rəhim Rəhimov, Vüsal Haci-Qədir, Samir Ələskərov, Şəlalə Şəhvələdqızı, Şəhla Əliqızı, Aytac Məmmədova və Erkin Ergin səsləndirib.

Dublyajın redaktoru və tərcüməçisi Vüqar Hüseynov, rejissoru Samir Ələskərov, səs rejissoru Orxan Ağalarov, səs operatoru Ağaməlik Abbaszadə, post-prodakşn Rüfət Kərimzadə,  icraçı prodüseri Əli-Səttar Quliyev, baş prodüseri isə Cəfər Axundzadədir.

Filmin rejissoru Cenni Qeycdir.

Film haqqında qısa məlumat: Təsadüfi görüş onların həmişəki dünyalarını alt-üst edir. O - ağıllı tələbə və nümunəvi övlad, o biri isə - varlı ailədən şeytan kimi cəzb edən üsyankardır. Paralel kainatlarda yaşasaydılar, çətin ki, onlar bir-birlərinə baxardılar. Bu tanışlıq sevgililərin həyatını əvvəl və sonraya ayıracaq.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri