27 
Apr
2024
13:09
156
45
2200
Virtual karabakh

Azərbaycanda onlayn oyunlara qoşulan istifadəçilərin kart hesabları oğurlanıb - VİDEO

27 Apr, 2024
13:09
2200

Azərbaycanda onlayn oyunlara qoşulan istifadəçilərin kart hesabları oğurlanıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə feyk hesablar açaraq onlayn oyunlara istifadəçilərin kart hesabından 30 min manat oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının paytaxt ərazisində həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 2003-cü il təvəllüdlü Zaur Teymurxanov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla həmin şəxsin sosial şəbəkələrdəki qanunsuz fəaliyyəti nəticəsində 19 nəfərin kartını taladığı məlum olub. Z.Teymurxanov bu yolla 30 min manata yaxın maddi vəsaiti dələduzluq yolu ilə ələ keçirərək öz kart hesabına köçürüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məlumatda vurğulanıb ki, Z.Teymurxanovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.

“Bir daha vətəndaşlarımızı sosial şəbəkələrdə ayıq-sayıq və diqqətli olmağa çağırır, tanımadıqları şəxslərə, etibar etmədikləri səhifələrə onlayn qaydada ödəniş etməməyi tövsiyə edirik. Kibercinayətkarlıqla üzləşən şəxslər bu barədə polis orqanlarına məlumat verə bilərlər”, - deyə qeyd edilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri