26 
Apr
2024
13:12
115
11
1948
Virtual karabakh

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar - FOTO

26 Apr, 2024
13:12
1948

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Fərid Məmmədov, Xasay Mədətov, Cəfər Məmmədov, Gündüz Əliyev, Elnur Eynanxa və İsmayıl Məmmədov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, həmin şəxslərdən heroin, metamfetamin və marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində şəhər sakinlərindən sənədləri olmayan 17 ədəd ov tüfəngi aşkarlanıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri