16 
Apr
2024
20:42
170
20
1915
Virtual karabakh

Rusiyada “Crocus” terrorçularını saxta yolla qeydiyyata salan şəxs həbs edilib

16 Apr, 2024
20:42
1915

Rusiyada “Crocus” terrorçularını saxta yolla qeydiyyata salan şəxs həbs edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tver məhkəməsi Moskva yaxınlığındakı Krasnoqorskda “Crocus City Hall” konsert zalına hücumla bağlı təqsirləndirilən şəxslərin evində saxta qeydiyyatını təşkil edən Aşurov soyadlı şəxs barəsində həbs qətimkan tədbiri seçib.

Bu barədə Tver şəhərinin Moskva Rayon Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sözügedən evdə terror aktında iştiraka görə həbs edilən İslamov A.İ. və İslamov D.İ. qeydiyyata salınıblar.

Məhkəmə Aşurovu iki ay müddətinə, yəni 11 iyun 2024-cü il tarixə qədər həbs edib. O, həm Tacikistan, həm də Rusiya vətəndaşıdır.

İstintaqın məlumatına görə, Aşurov 2017-ci ildən 2022-ci il avqustun 24-dək Sidorkovo kəndində yerləşən evində 18 Rusiya vətəndaşını saxta yolla qeydiyyata alıb.

Rusiya Federasiyası İstintaq Komitəsinin Tver vilayəti üzrə istintaq idarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, müttəhimə qarşı rəsmi ittiham irəli sürülüb.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri