15 
Apr
2024
15:10
677
71
14524
Virtual karabakh

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu - VİDEO

15 Apr, 2024
15:10
14524

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq, 1988-ci il təvəllüdlü, “Adem.Mirzeyev” profili ilə tanınan Sadiq Mirzəyev yenidən məsuliyyətə cəlb edilib.

Müvafiq qərarla S.Mirzəyev 30 sutka inzibati qaydada həbs edilib.

Xatırladaq ki, Ağcabədi rayonunun Hüsülü kənd sakini Sadiq Mirzəyev “TikTok” sosial şəbəkəsində 9 yaşlı övladı Adəm Mirzəyevlə canlı yayımlara çıxır.

Adəm Mirzəyevin atası ilə birgə canlı yayımlar açması, nalayiq ifadələr işlətməsi, gələcək tərbiyəsinə neqativ təsir edə biləcək mövzularla bağlı müzakirələr aparması cəmiyyətdə birmənalı qarşılanmır.

Bu səbəbdən bu il fevralın 13-də də S.Mirzəyev barəsində protokol tərtib olunaraq rayon icra hakimiyyətinin müvafiq komissiyasına göndərilmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri