31 
Yan
2024
18:49
284
91
10080
Virtual karabakh

Tofiq Musayev və Mehman Məmmədov saxlanıldı: Daha dörd idmançı isə həbs olundu - FOTO

31 Yan, 2024
18:49
10080

Tofiq Musayev və Mehman Məmmədov saxlanıldı: Daha dörd idmançı isə həbs olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi və tələbələri paytaxtın bulvar ərazisində törətdikləri xuliqanlıq hərəkətlərinə görə polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

APA-nın xəbərinə görə, faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi üzrə dörd nəfər həbs olunub, iki nəfər barəsində digər qətimkan tədbirləri seçilib. Saxlanılan şəxslərdən Tofiq Musayev və Mehman Məmmədovdan başqa digərləri barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda xuliqanlıq maddəsi ilə qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Federasiyanın baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, R.Əsədov, X.Rüstəmov, Vüqar Kərəmov, M.Məmmədov münaqişə vəziyyəti yaradaraq ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək ona qarşı xuliqanlıq hərəkətləri törətməkdə ittiham olunurlar.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri