25 
Sen
2020
12:10
18
158
19208
yuxarı
Bakıda nənəsini və bibisini amansızlıqla qətlə yetirən şəxsin FOTOSU - ÖZƏL
25 Sen, 2020
12:10
19208
18
158
Bakıda nənəsini və bibisini amansızlıqla qətlə yetirən şəxsin FOTOSU - ÖZƏL
Xəbər verdiyimiz kimi, dünən Bakıda nənəsini və bibisini amansızlıqla qətlə yetirən 1985-ci il təvəllüdlü Samir Mustafayev tutulub.
Oxu.Az S.Mustafayevin fotosunu əldə edib.
Həmin fotonu təqdim edirik:
Qeyd edək ki, hadisə sentyabrın 24-də saat 12 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində qeydə alınıb. S.Mustafayev 1932-ci il təvəllüdlü Simuzər Cavadova və 1959-cu il təvəllüdlü Tamilla Cavadovanı yaşadıqları evdə çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisənin ailədaxili münaqişə zəminində baş verməsi ehtimal edilir.
Ramella İbrahimxəlilova
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək