23 
May
2020
11:32
38
121
4975
Virtual karabakh

Bakıda çətənə plantasiyasının sahibində “Kalaşnikov” avtomatı aşkarlandı

23 May, 2020
11:32
4975

Bakıda çətənə plantasiyasının sahibində “Kalaşnikov” avtomatı aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərinin Xəzər rayonunda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1961-ci il təvəllüdlü Rusiya vətəndaşı Rauf Əbdülrəhmanovdan 600-dən çox çətənə kolu və “Kalaşnikov” avtomatı götürülüb.

Bu barədə Oxu.Az-a Rayon Polis İdarəsindən məlumat verilib.

Mayın 22-də Binə qəsəbəsinin “Bolluq” yaşayış massivində narkotiklərin əkildiyi plantasiya aşkar olunub. R.Əbdülrəhmanov həmin ərazidə 587 çətənə kolu yetişdirib. Bundan əlavə, polis çətənə əkilmiş 37 dibçək tapıb.

Eyni zamanda, müstəntiqlər narkotik satıcısından “Kalaşnikov” avtomatı, üç daraq və 5,45 mm-lik 38 ədəd patron götürüblər.

Hal-hazırda Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsi həmin şəxsin odlu silaha hansı səbəbdən ehtiyac duyduğunu müəyyənləşdirir.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri