31 
Mar
2020
12:17
231
152
7373
yuxarı
Bakıda mağazadan ərzaq və siqaret oğurladılar
31 Mar, 2020
12:17
7373
231
152
Bakıda mağazadan ərzaq və siqaret oğurladılar
Bakının Binəqədi rayonunda yerləşən mağazadan min manat məbləğində oğurluq edilib.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.
Martın 29-da Biləcəri qəsəbəsində naməlum şəxslər 1969-cu il təvəllüdlü Elşən Ələkbərova məxsus mağazanın qapısının kilidini açaraq ora daxil olub, min manat dəyərində ərzaq məhsulları, kassadan 60 manat oğurlayıblar.
Nizami rayonu, Naxçıvani küçəsində yerləşən, 1976-cı il təvəllüdlü Arif Əkbərova məxsus mağaza da oxşar şəkildə qarət edilib. Naməlum şəxslər mağazadan 700 manatlıq tütün məhsulları oğurlayıb.
Qeyd edək ki, indiyə qədər bu faktlarla bağlı həbs olunanlar yoxdur. Bu istiqamətdə araşdırmalar davam etdirilir.
Ramella İbrahimxəlilova
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Kriminal xəbərləri
3 
May
2024
02:05
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... - TƏFƏRRÜAT
2
3
260
2 
May
2024
20:00
Məzahir Pənahovdan erkən parlament seçkisi anonsu - Xəbərlərin 20:00 buraxılışı
8
75
999