Dek
2019
17:28
15
127
3247
Virtual karabakh

Bakıda odlu silahdan istifadə etməklə quldurluq hadisəsi törədilib

9 Dek, 2019
17:28
3247

Bakıda odlu silahdan istifadə etməklə quldurluq hadisəsi törədilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Binəqədi rayonunda odlu silahdan istifadə etməklə quldurluq hadisəsi törədilib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bu zamana qədər olan məlumata əsasən, 1984-cü il təvəllüdlü Biləcəri qəsəbə sakini Seymur Cəfərov polisə müraciət edib. 

Şikayət edən şəxs bildirib ki, dekabrın 3-də gecə saatlarında Orxan adlı şəxs odlu silahdan istifadə etməklə onun 90-PZ-950 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobilini əlindən alıb. 

Binəqədi rayonu 6-cı Polis Bölməsinin əməkdaşları hədə-qorxu yolu ilə ələ keçirilən avtomobili tapıblar.

Hücum edən şəxsi isə saxlamaq hələlik mümkün olmayıb. Bu səbəbdən cinayəti törədən şəxsin hadisə zamanı əsl odlu silahdan istifadə edib-etmədiyini söyləmək çətindir. 

Eyni zamanda, zərərçəkənin ifadəsinin doğru olub-olmadığı da yoxlanılır. 

Cinayəti törətmiş şəxsin axtarışları davam etdirilir.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri