9 
Okt
2019
19:39
17
310
9143
yuxarı
İki oğlunu öldürən qadın əməlini çips yeməklə müqayisə etdi
9 Okt, 2019
19:39
9143
17
310
İki oğlunu öldürən qadın əməlini çips yeməklə müqayisə etdi
Altı uşaq anası övladlarından ikisini – yeniyetmə oğullarını iplə boğub öldürüb.
Bu barədə “Mirror Online” məlumat yayıb. Məlumatda deyilir ki, qadın digər övladlarını da öldürmək istəyib.
34 yaşlı ingiltərəli Sara Barrass övladlarının ölümü ilə bağlı məhkəmədə günahını etiraf edib. O, oğullarını - 14 yaşlı Bleyki və 13 yaşlı Tristanı öz evində öldürüb.
Barrass və onun otaq yoldaşı qətli planlı şəkildə törətdiklərini və məqsədlərinin 6 uşağın hamısını öldürmək olduğunu etiraf ediblər.
Hadisəyə qədər qadın öz “Facebook” hesabında Stiven Kinqin “Günbəzin altında” əsərində sitat yerləşdirib:
“Qətl törətmək kartof çipsi yemək kimidir – birini daddınsa, dayana bilməyəcəksən”.
Hazırda Barrassı ömürlük həbs cəzası gözləyir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Kriminal xəbərləri
26 
Apr
2024
15:48
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olunub - FOTO/VİDEO
30
2
359
26 
Apr
2024
15:28
Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı
2
21
421