Okt
2019
20:04
21
139
5533
Virtual karabakh

Rusiyada azərbaycanlıya hökm oxundu

9 Okt, 2019
20:04
5533

Rusiyada azərbaycanlıya hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xabarovskda Azərbaycan vətəndaşına saxta spirtli içki satdığına görə hökm oxunub.

Oxu.Az xəbər verir ki, 42 yaşlı şəxs 2018-ci ilin oktyabrından 2019-cu ilin martına qədər qanunsuz ticarətlə məşğul olub. Onun iş sxemi isə son dərəcə sadə olub. 

“Təqsirləndirilən şəxs Xabarovskun Qarajnaya və Zelenaya küçələri ərazisində tanımadığı şəxslərdən aksiz markası olmayan araq və konyak alıb. Alkoqollu içkiləri tanışının qarajında ​​saxlayan şəxs onları altı ay ərzində Ladojk və Pavloviç küçələrində icarəyə götürdüyü pərakəndə köşklərə aparıb. Kişi bu mağazalar vasitəsilə mallarını satıb”, - deyə rayon prokurorluğunun mətbuat xidmətindən bildirilib.

Axtarış zamanı əcnəbi vətəndaşdan ümumilikdə 323 min 360 rubl (8 min manatdan çox - red.) dəyərində 500 şüşə spirt ələ keçirilib. Məhkəmə təqsirləndirilən şəxsin günahını təsdiqləyib. Təqsirkara məhkəmə tərəfindən 250 min rubl (6 min manatdan çox - red.) cərimə cəzası tətbiq olunub.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri