20 
Apr
2019
12:28
178
66
2829
yuxarı
Siyəzəndə mağazalardan oğurluq edən şəxs saxlanılıb - FOTO/VİDEO
20 Apr, 2019
12:28
2829
178
66
Siyəzəndə mağazalardan oğurluq edən şəxs saxlanılıb - FOTO/VİDEO
Siyəzən rayonunda beş mağazadan oğurluq edən keçmiş məhkum saxlanılıb.
Oxu.Az-ın şimal bölgəsi üzrə müxbirinin verdiyi məlumata görə, bütün oğurluq hadisələri aprelin 8-dən 14-dək rayon ərazisində qeydə alınıb.
Həmin şəxsin əvvəllər analoji cinayətlərə görə məhkum olunmuş rayon sakini Nəzərov Mayis olduğu müəyyən olunub.
Aparılan ilkin istintaq tədbirləri nəticəsində M.Nəzərovun rayon ərazisində beş mağazadan, ümumi dəyəri 2800 manat olan geyim əşyası və ərzaq məhsulları oğurladığı məlum olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək