23 
Apr
2024
19:56
90
26
844
Virtual karabakh

Ceyms Şarp: “COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq”

23 Apr, 2024
19:56
844

Ceyms Şarp: “COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sabahkı Laçın səfərini səbirsizliklə gözləyirəm. Çünki işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərini, ümumiyyətlə, Qarabağdakı inkişafı öz gözümlə görmək istəyirəm”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumun iştirakçısı, Böyük Britaniyanın Azərbaycandakı sabiq səfiri Ceyms Layl Şarp söyləyib.

Forumda iştirak etməyi özü üçün şərəf kimi dəyərləndirən diplomat deyib ki, Prezident İlham Əliyev forumdakı çıxışında Azərbaycandakı və regiondakı vəziyyətlə bağlı fikirlərini bölüşüb.

“Mən Azərbaycanda səfir kimi fəaliyyət göstərərkən ölkəm COP26-ya ev sahibliyi edib. Azərbaycanın bu mötəbər tədbiri təşkil etməsi mühüm hadisədir. COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq. Bu, həmçinin böyük məsuliyyətdir”, - deyə o qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri