20 
Avq
2022
06:14
151
13
2859
Virtual karabakh

“Lincoln” yeni elektrik konseptini təqdim etdi - VİDEO

20 Avq, 2022
06:14
2859

“Lincoln” yeni elektrik konseptini təqdim etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Linkoln” tam avtonom elektrik konsepti hazırlayıb.

Şirkətin 100 illik yubileyi şərəfinə L100 adlandırılan model həm gələcək “Linkoln”ların xəbərçisi, həm də ənənənin qoruyucusu sayılır.

 O, qüsursuz aerodinamik kuzov, qatlanan tavan, sükan və pedalsız interyer, xüsusi atmosfer yaratmaq üçün yüngül elementlər və ekranları birləşdirən sistem əldə edib.

konseptin hazırlanmasında dizaynerlər 1922-ci il “Lincoln Model L”dən ilham alıblar.

Elektromobilin sükanı və pedalı yoxdur. Onun yeganə idarəetmə elementi qiymətli daşlara bənzəyən kristal heykəlcikdir.

Məlumata görə, L100 “oyun qaydalarını dəyişdirəcək” yeni nəsil batareyalardan istifadə edir.

Qeyd edək ki, yeni konsept bu il markanın nümayiş etdirdiyi ikinci elektrik konseptidir. 2026-cı ilə qədər “Lincoln” “Cadillac” ilə rəqabət aparacaq beş elektromobil buraxmaq niyyətindədir.

Mənbə: motor.ru

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri