30 
Apr
2024
21:32
204
16
1497
Virtual karabakh

Azərbaycan və Ermənistan Qazaxıstandakı danışıqlarda iştirakını təsdiqləyib - YENİLƏNİB

30 Apr, 2024
21:32
1497

Azərbaycan və Ermənistan Qazaxıstandakı danışıqlarda iştirakını təsdiqləyib - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı və İrəvan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Almatıda keçiriləcək görüşdə iştirak edəcəklərini təsdiqləyiblər.

Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar Almatıda baş tutacaq. Tədbirin vaxtı əlavə olaraq açıqlanacaq”, - Smadiyarov bildirib.

19:12

“İrəvan tərəfindən təklifə cavab verilmədiyi üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Qazaxıstanda planlaşdırılan danışıqların tarixi hələ müəyyən edilməyib”.

Bu barədə Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Bakaev məlumat verib.

Nazir müavini danışıqların baş tutacağına ümid etdiyini deyib.

Onun sözlərinə görə, Qazaxıstanın Bakı və İrəvana bu danışıqlar üçün platforma təklif etməsi təsadüfi deyil. Belə ki, Astananın Qarabağ probleminin həllində vasitəçilik rolu ötən əsrin 90-cı illərindən məlumdur.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri