30 
Apr
2024
06:44
551
14
1453
Virtual karabakh

İraqda homoseksuallar həbs ediləcəklər - FOTO

30 Apr, 2024
06:44
1453

İraqda homoseksuallar həbs ediləcəklər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İraq parlamenti homoseksualları 15 ilə qədər həbs cəzasına məhkum edən qanunu qəbul edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, qanunun məqsədi İraq cəmiyyətini dünyanı bürümüş mənəvi pozğunluğdan və homoseksuallığa çağırışlardan qorumaqdır.

Bildirilib ki, qanunu əsasən İraqın müsəlmanların çoxluq təşkil etdiyi parlamentində ən böyük koalisiyanı təşkil edən mühafizəkar şiə müsəlman partiyaları müdafiə ediblər.

Qeyd olunub ki, “Fahişəliyə və Homoseksuallığa Qarşı Mübarizə Qanunu”nda eyni cinsdən olan şəxslə münasibətdə olmaq minimum 10, maksimum 15 il, homoseksuallığı və fahişəliyi təbliğ edən şəxslər üçün isə yeddi il həbs cəzası nəzərdə tutulub.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri