28 
Apr
2024
22:14
63
23
1723
Virtual karabakh

Qvardiola və Holandın qolları sayəsində “Mançester Siti” “Nottingem Forest”i məğlub edib - VİDEO

28 Apr, 2024
22:14
1723

Qvardiola və Holandın qolları sayəsində “Mançester Siti” “Nottingem Forest”i məğlub edib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Premyer Liqasının 35-ci turunun “Nottingem Forest” və “Mançester Siti” komandalarının qarşılaşması baş tutub.

Oxu.Az xəbər verir ki, oyun “Siti Qraund” stadionunda (Nottingem, İngiltərə) baş tutub. Qonaqlar 2:0 hesabı ilə qalib gəliblər.

“Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiol 32-ci dəqiqədə fərqlənib. Ona yarımmüdafiəçi Kevin De Bröyne köməklik edib. 71-ci dəqiqədə “Şəhərlilər”in hücumçusu Erlinq Holand matçda yekun hesabı müəyyənləşdirib. İkinci ötürməni isə Kevin De Bröyne edib.

Bu qələbədən sonra 79 xal toplayan “Mançester Siti” Premyer Liqanın turnir cədvəlinə başçılıq edən “Arsenal”a (80) yaxınlaşıb. “Nottingem Forest” isə 26 xalla 17-ci yerdədir.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri