28 
Apr
2024
21:41
46
161
2350
Virtual karabakh

Minə yaxın Tacikistan vətəndaşı Moskva hava limanlarında çətin vəziyyətdə qaldı - VİDEO

28 Apr, 2024
21:41
2350

Minə yaxın Tacikistan vətəndaşı Moskva hava limanlarında çətin vəziyyətdə qaldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Minə yaxın tacik Rusiyanın paytaxtı Moskvadakı hava limanlarında ilişib qalıb.

Bu barədə Tacikistan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Şoxin Samadi bildirib.

XİN-dən bildirilib ki, Vnukovo hava limanında 954 Tacikistan vətəndaşı var, 322 nəfər oradan azad edilib, 27 tacik isə vətəninə qaytarılıb.

“Moskva hava limanlarında ilişib qalan Tacikistan vətəndaşları ilə bağlı vəziyyət çətin olaraq qalır”, - deyə Samadi bildirib.

O iddia edib ki, Moskvanın digər hava limanlarında - Jukovski, Domodedovo və Şeremetyevoda da vəziyyət oxşardır və buna görə də Tacikistanın Moskvadakı səfirliyi 24 saat fəaliyyət göstərən operativ qərargah açıb.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri