27 
Apr
2024
19:42
280
9
1815
Virtual karabakh

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb - YENİLƏNİB + FOTO

27 Apr, 2024
19:42
1815

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan cüdoçusu Elcan Hacıyev (90 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.

“Report” xəbər verir ki, yarımfinalda Aleks Kretini (Rumıniya) məğlub edən təmsilçimiz həlledici görüşdən də qələbə ilə ayrılıb.

E.Hacıyev bu dəfə Kristian Totu (Macarıstan) üstələyib.

Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala sahib çıxıb. Növbəti gün Hidayət Heydərov (73 kq) qızıl medal qazanmaqla dördüncü dəfə Avropa çempionu olub.

18:50

Azərbaycan cüdoçusu Elcan Hacıyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.

AZƏRTAC xəbər verir ki, 90 kiloqram çəkidə mübarizə aparan idmançı həlledici qarşılaşmada yarımfinalda Azərbaycanın digər təmsilçisi Murad Fətiyevi məğlub edən macarıstanlı Kristian Totla üz-üzə gələcək. M.Fətiyev isə bürünc medal uğrunda görüşdə gürcüstanlı Laşa Bekauri ilə görüşəcək.

100 kiloqramda çıxış edən Zelim Kotsoyev də bürünc medal görüşünə çıxacaq. Onun rəqibi niderlandlı Mixael Korrel olacaq.

Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kiloqram) qızıl, Balabəy Ağayev (60 kiloqram) isə gümüş medalın sahibi olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri