27 
Apr
2024
14:48
12
179
2586
Virtual karabakh

Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi

27 Apr, 2024
14:48
2586

Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstanbulda dağıdıcı zəlzələlər barədə hakimiyyət orqanlarını dəfələrlə xəbərdar edən türkiyəli aparıcı seysmoloq Naci Görür metropolda 7,6 bal gücündə təkanların olacağını proqnozlaşdırıb.

Bu barədə o, yerli telekanalların birində canlı yayım zamanı danışıb.

“Biz İstanbulda 7,2 bal, maksimum 7,6 bal gücündə zəlzələ gözləyirik. Bu zəlzələlərdən birini Adalar qırıq xəttində, digərini isə bu çatla birləşən Kumburgazda gözləyirik. Bu qırılmaların hər ikisi birlikdə “parçalansa”, 7,5 bal gücünə çata bilər. Lakin Kumburgaz çatı 7,2 bal gücündə zəlzələlər yarada bilər”, - deyə o xəbərdarlıq edib.

Bu iki qırılmanın kilidləndiyini və bir gün qırılacağını vurğulayan Görür, hər iki qırılmanın birlikdə qopması halında zəlzələnin maqnitudasının 7,5-ə çata biləcəyini sözlərinə əlavə edib.

Seysmoloq ölkənin cənub-şərqində Kahramanmaraşda dağıdıcı zəlzələlər ola biləcəyi barədə xəbərdarlıq edərkən reaksiya verilməməsindən şikayətlənib.

“Kahramanmaraş zəlzələsi ilə bağlı hayqırırdıq, amma heç kim qulaq asmadı. İndi qorxuruq ki, tarix təkrar yaşansın. Yenə eyni şeyi deyirik: bir gün hər şey bitəcək. Mərmərə sahilinə yaxın yerlər ən böyük zəlzələ şiddətinə məruz qalacaq. Bu neçədir? 9 bal gücündə”, - deyə professor bildirib.

Mənbə: milligazete.com.tr

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri