27 
Apr
2024
01:48
117
7
1636
Virtual karabakh

Rəcəb Tayyib Ərdoğan NATO-nun yeni seçiləcək baş katibi ilə bağlı danışdı

27 Apr, 2024
01:48
1636

Rəcəb Tayyib Ərdoğan NATO-nun yeni seçiləcək baş katibi ilə bağlı danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İttifaq daxilində həmrəyliyi və müttəfiqlər arasında harmoniyanı təmin etmək ilk növbədə NATO baş katibinin vəzifəsidir”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Niderlandın Baş naziri Mark Rutte ilə Vahdettin Köşkündəki görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında deyib.

Ərdoğan iyulda Vaşinqtonda keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Zirvəsinə hazırlıqların gündəmdəki məsələlərdən olduğunu bildirib. Türkiyə prezidentinin sözlərinə görə, ittifaq daxilində həmrəyliyi və müttəfiqlər arasında harmoniyanı təmin etmək ilk növbədə NATO baş katibinin vəzifəsidir.

Ərdoğan qeyd edib ki, həmçinin bu çərçivədə bu vəzifəyə namizəd olan Rutte ilə NATO-ya seçiləcək yeni baş katibdə nə cür xüsusiyyətləri görmək istədikləri barədə müzakirələr aparıblar.

Türkiyə prezidenti vurğulayıb ki, gələcək baş katib NATO-nun Avropa Atlantik Təhlükəsizliyinin təmin edilməsindəki əsas mövqeyini qorumağa üstünlük verməlidir.

“Bundan əlavə, müttəfiqlər arasında müdafiə sənayesi sahəsində sanksiyaların, məhdudiyyətlərin və maneələrin aradan qaldırılmasında, eynilə cənab Yens Stoltenberq kimi, intensiv və güclü səylər göstərmək şərtdir. Mən bu məsələləri baş katibliyə namizədliyini açıqlayan Rumıniya prezidenti cənab İohannis ilə keçən həftə onun xahişi ilə etdiyim telefon danışığında müzakirə etdim. Bizim bu prosesdə strateji müdriklik və ədalətlilik çərçivəsində qərarımızı verəcəyimizə heç kimin şübhəsi olmasın”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Qeyd edək ki, NATO Baş katibi Yens Stoltenberq oktyabrda postunu tərk edəcək. Onu əvəz edəcək şəxslə bağlı müzakirələr davam edir. Bu posta əsas namizədlərdən biri də Niderlandın Baş naziri Mark Ruttedir.

Mənbə: TRT Haber

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri