26 
Apr
2024
23:20
61
17
832
Virtual karabakh

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib - SƏBƏB

26 Apr, 2024
23:20
832

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib - SƏBƏB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cənubi Afrikanın Qautenq əyalətinin məhkəməsi dələduzluqda təqsirli bilinən doqquz nəfəri 10939 il müddətinə azadlıqdan məhrum edib.

Qeyd olunur ki, məhkum olunanlar çirkli pulların yuyulması, dələduzluq, sənədlərin saxtalaşdırılması və qanunsuz fəaliyyətdə başqalarına köməklik də daxil olmaqla 391 maddə ilə ittiham olunublar. Ən böyük cəzanı 59 yaşlı Yeremiya Nyaşa Musivaço Dube alıb - 3378 il. Lakin məhkəmə qərarında qeyd olunub ki, cəzanı yüngülləşdirən hallara görə o, 65 il həbsdən sonra azadlığa çıxa bilər. Ən yüngül cəzanı Bonqani Mbonani alıb, o, 42 il müddətinə azadlıqdan məhrum edilib.

2009-2016-cı illər ərzində məhkum olunmuş şəxslərin hamısı saxta vergi bəyannamələri üzrə ƏDV-nin qaytarılması və digər kompensasiya ödənişlərinin alınması məqsədilə müxtəlif şirkətlərin qeydiyyata alınmasının qanunsuz fəaliyyətlərində iştirak ediblər. Onlar həmçinin digər saxta sənədlər, o cümlədən şəxsiyyət vəsiqələri və doğum haqqında şəhadətnamələr də hazırlayıblar.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri