26 
Apr
2024
12:04
133
37
640
yuxarı
İspaniya Kiyevə “Patriot” raketləri verəcək
26 Apr, 2024
12:04
640
133
37
İspaniya Kiyevə “Patriot” raketləri verəcək
İspaniya Ukraynaya “Patriot” raketləri verəcək.
Məlumatı dərc edən agentlik bu barədə İspaniya hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, ümumilikdə İspaniyanın təxminən 50 ədəd “Patriot” raketi var. Bundan əlavə, İspaniya 2004 və 2014-cü illər aralığında Almaniyadan üç “Patriot” batareyası alıb.
Məlumatda, həmçinin bildirilib ki, İspaniya hökuməti iyunun sonuna qədər Ukraynaya yeni hərbi yardım paketi hazırlayıb. Buraya digər hərbi texnika ilə yanaşı, 19 “Leopard” tankı da daxildir.
Mənbə: El País
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək