24 
Apr
2024
15:40
1
113
3406
Virtual karabakh

Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO

24 Apr, 2024
15:40
3406

Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprel ayının 12-də, Türkiyənin Antalya vilayətində yerləşən istirahət mərkəzlərinin birində kanat yolunda baş verən qəzanın yeni təfərrüatı məlum olub.

Aparılan araşdırma nəticəsində texniki xidmət otağının müşahidə kameraları əldə edilib.

Kadrlarda kanat yolunun idarəetməsinə cavabdeh olan şəxsin baş verən nasazlıqdan şübhələnərək texniki otağa daxil olaraq sistemi söndürdüyü görünür.

Lakin qısa müddət sonra kanat yoluna cavabdeh olan şəxs mobil telefon vasitəsilə danışır və bir neçə saniyə sonra heç bir yoxlama aparmadan sistemi yenidən işə salır.

Qeyd edək ki, Türkiyənin Antalya vilayətində yerləşən istirahət mərkəzlərinin birində kanat yolunda baş verən qəza nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb. Hadisə ilə əlaqədar dörd nəfər həbs edilib.

Mənbə: İHA

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri