20 
Apr
2024
09:20
45
111
2572
Virtual karabakh

Quterreşdən Azərbaycan və Ermənistana çağırış

20 Apr, 2024
09:20
2572

Quterreşdən Azərbaycan və Ermənistana çağırış

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə çağırıb”.

Bu barədə təşkilatın rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir.

“Baş katib tərəfləri sərhədin qalan hissələrinin delimitasiyası və demarkasiyasını davam etdirməyə və münasibətlərin tam normallaşması üçün bütün həll olunmamış ikitərəfli məsələləri həll etməyə çağırır”, - Düjarrik qeyd edib.

Xatırladaq ki, 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Delimitasiya Məsələləri Komissiyasının səkkizinci iclası keçirilib.

Komissiyanın iclası zamanı bir sıra məsələlər, o cümlədən Qazax rayonunun əvvəllər işğal olunmuş dörd kəndinin Azərbaycan tərəfinə qaytarılması barədə razılıq əldə olunub.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri