28 
Mar
2024
11:44
396
4
3193
Virtual karabakh

Paşinyandan bəyanat: “Ermənistan “Dağlıq Qarabağ”ın “hökuməti”ni tanımır”

28 Mar, 2024
11:44
3193

Paşinyandan bəyanat: “Ermənistan “Dağlıq Qarabağ”ın “hökuməti”ni tanımır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistan “Dağlıq Qarabağ”ın “hökuməti”ni tanımır”.

Erməni KİV-in məlumatına görə, bu sözləri baş naziri Nikol Paşinyan deyib.

O, separatçıların “rəhbəri” Samvel Şahramanyanın “Le Figaro” nəşrinə müsahibəsində “mühacirətdə olan” “Qarabağ hökuməti”nin İrəvanda fəaliyyətini davam etdirməsi ilə bağlı sözlərinə belə münasibət bildirib. Paşinyanın sözlərinə görə, Qarabağdan köçən bəziləri Ermənistanın milli təhlükəsizliyini təhdid edən addımlar atırlar.

“Diqqətə çatdırmaq istəyirəm ki, İrəvanda bir hökumət var, o da burada əyləşib. Lazım gələrsə, bəzi xarici dairələrin təhlükəsizlik təhdidi yaratmaması üçün müvafiq tədbirlər görülməlidir”, - Paşinyan bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri