26 
Mar
2024
19:06
145
12
1020
Virtual karabakh

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

26 Mar, 2024
19:06
1020

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.

“Report”un məlumatına görə, Azərbaycan millisinin iki idmançısı finala yüksəlib.

50 kq çəki dərəcəsində yığmanın boksçuları Anaxanım İsmayılova və Marjona Savriyeva üz-üzə gəliblər. Görüş ikincinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Savriyeva finalda Günel Rəhimova (Azərbaycan) ilə döyüşəcək.

Zeynəb Rəhimova da yarımfinal qarşılaşmasından qalib ayrılıb. 54 kq çəkidə qüvvəsini sınayan boksçumuz italiyalı Alyona Savçuku məğlub edib - 3:2. O, həlledici görüşdə Şahina Nematova (Özbəkistan) ilə münasibətinə aydınlıq gətirəcək.

İsmayılova ilə yanaşı, Nərgiz Zeynalova (54 kq), Məhsəti Həmzəyeva və Aysu Dərvişova (hər ikisi 60 kq) turniri bürünc medalla başa vurublar. Onlar müvafiq olaraq, Şahina Nematova (Özbəkistan), Nikoli Rebekka (İtaliya) və Buday Vivienə (Macarıstan) məğlub olublar.

Beş çəki dərəcəsi üzrə keçirilən yarışda qadın boksçuların final döyüşləri martın 27-də baş tutacaq. Sabah, həmçinin, qızıl medal uğrunda Mehparə Məmmədova (48 kq) Erika Priskiandaro (İtaliya) ilə, Lalə Namazlı (63 kq) isə Canfora Assunta (İtaliya) ilə gücünü yoxlayacaq.

Qeyd edək ki, 11 ölkənin 121 idmançısının qatıldığı “Böyük İpək Yolu”nda kişi boksçuların mübarizəsi martın 28-də yekunlaşacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri