25 
Dek
2020
18:47
786
28
5543
Virtual karabakh

Qarabağda oğlunu itirən erməni Arutyunyanı və Paşinyanı məhkəməyə verir

25 Dek, 2020
18:47
5543

Qarabağda oğlunu itirən erməni Arutyunyanı və Paşinyanı məhkəməyə verir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 19-da Qarabağda gedən döyüşlərdə öldürülən Ermənistan ordusunun əsgəri Aren Mirzoyanın atası oğlunun ölümündə günahkar olanların mühakimə olunması iddiası ilə məhkəməyə müraciət edəcəyini bildirib.

Bu barədə Ermənistanın panorama.am saytı məlumat yayıb.

Ordumuz tərəfindən məhv edilmiş erməni əsgərin atası bildirib ki, Ermənistan ordusunda hər şey çox bərbad və fərasətsiz şəkildə təşkil olunub.

“Hər gün məni qəzəbləndirən və dəhşətə gətirən yeni hallar üzə çıxır, daxilim qəzəblə doludur”, - deyə oğlunu itirən valideyn qeyd edib.

Oğlunu itirən Ermənistan vətəndaşı Araik Arutyunyanı və Nikol Paşinyanı özlərini təsdiq edə bilməyən bacarıqsız insanlar adlandırıb.

“Mən hadisələrin mərkəzində idim, bədbəxtliyimiz o dərəcəyə çatdı ki, heç nəyi düzgün icra edə bilmədilər. Bütün bunların nəticəsində ən qiymətli şeyimi itirdim, onları məhkəməyə verəcəyəm”, əsgərin atası qeyd edib.

Oğlunu itirmiş erməni əlavə edib ki, Ermənistan ordusunda “fantastik” özbaşınalıq hökm sürüb və onun ölkəsi bu vəziyyətdə qalib gələ bilməzdi.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri