18 
Apr
2014
13:00
51
13
1973
Virtual karabakh

Pentaqonun başçısı Putinə güldü

18 Apr, 2014
13:00
1973

Pentaqonun başçısı Putinə güldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Moskva hamını “sərraf olmağa” məcbur edir”.

Putin çox şey deyir. Bu, gülməlidir. Bu, silahların yarışı deyil, raket əleyhinə mühafizə sistemidir, və biz çox açıq şəkildə bəyan etdik ki, onun qurulmasında Rusiyanın da iştirakını rəğbətlə qarşılayardıq.

Oxu.Az NEWS.am-a istinadən xəbər verir ki, bu haqda Pentaqonda konfrans zamanı, Rusiya prezidentinin ABŞ-a ünvanlanan mühakimələrlə əlaqədar sualı cavablandırarkən, Xeygel bəyan edib.

Pentaqon rəhbəri Çak Xeygel, Rusiya prezidentinin, Vaşinqton tərəfindən imitasiya edilmiş silah yarışması barədə bəyanatına gülüb.

Rusiyanın Ukraynadakı fəaliyyətinə gəldikdə isə Pentaqon rəhbəri Moskvanın öz hərəkətləri ilə hamını “sərraf olmağa” məcbur etdiyini qeyd edib.

Çak Xeygel vurğulayıb ki, Ukraynaya hərbi yardım edəcəklər. Onun sözlərinə görə amerikan yardımı Ukrayna Silahlı qüvvələri üçün medikamentlər, dəbilqələr, döşəklər və su təmizləyən sistemlərdən ibarət olacaq, eləcə də Ukrayna sərhədçiləri üçün çadırlar, kiçik gərginlikli generatorlar və yanacaq nasoslarından ibarət olacaq.

Pentaqon başçısı, NATO nizamnaməsinin V maddəsinə görə Alyansın bir üzvünün  işğalını, bütün üzvlərin işğalı kimi qiymətləndirildiyini xatırladıb. 

“Birləşmiş Ştatlar NATO üçün gərgin olan bu dövrdə V maddədə nəzərdə tutulmuş məsuliyyəti yerinə yetirməyə niyyətlidir”, - Çak Xeygel əlavə edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri