18 
Apr
2014
11:35
60
1
2234
Virtual karabakh

ABŞ-da “erməni soyqırımı” kimi məkrli yalanı ifşa edən sənəd tapıldı

18 Apr, 2014
11:35
2234

ABŞ-da “erməni soyqırımı” kimi məkrli yalanı ifşa edən sənəd tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənilər ABŞ prezidentini türkləri cəzalandırmaq üçün bezdirirdilər”.

ABŞ Konqresinin arxivində erməni iddialarını təkzib edən sənəd tapıldı.

Oxu.Az bildirir ki, TRT 1915-ci il hadisələrinə dair erməni iddialarını əsassız çıxaran daha bir sənəd üçün istifadə haqqı əldə etdi.

Sənəd, 1919-1927-ci illərdə Anadolu torpaqlarında xidmətdə olan, amerikan hərbi komandanı Mark Lambert Bristol tərəfindən hazırlanıb. Sənəddə erməni iddialarının heç bir əsası olmadığını təsdiqləyən həqiqət üzə çıxır.

ABŞ Konqresinin arxivində olan sənəd Azərbaycan tarixçisi Xəqani İsmayılov tərəfindən aşkar edilib. Bristol 1919-1927-ci illərdə Türkiyədə ABŞ-ın səfiri və baş komissar idi. Sənəddə Bristol bildirir ki, erməni iddiaları əsassızdır.

Tapılan sənədi şərh edərkən, Xəqani İsmayılov yazıb: 

“Ermənilər ABŞ-ın prezidenti Vudro Vilsonu öz yalançı iddialarını irəli sürərək, türkləri cəzalandırması və  şərqi Anadolunun onlara verilməsi tələbi ilə bezdirirdilər”.

Bristol bu sənədi 1915-ci il hadisələri ilə əlaqədar yalançı erməni  iddialarına yenidən nəzər salması üçün parlamentə təqdim etmək məqsədi ilə hazırlamışdı.
Amerika səfirinin sözlərini, eləcə də Osmanlı dövlətinə qarşı döyüşən rus əsgərlərinin gündəlikləri də təsdiqləyir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri