22 
Apr
2024
10:36
120
1
694
Virtual karabakh

HHM bölmələrimiz döyüş atışlı taktiki təlim icra edib - VİDEO

22 Apr, 2024
10:36
694

HHM bölmələrimiz döyüş atışlı taktiki təlim icra edib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin hazırlıq planına uyğun olaraq, hava hücumundan müdafiə (HHM) bölmələrində döyüş atışlı taktiki təlim keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Praktiki atışlardan əvvəl şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, təlimin məqsədi və atışın şərtləri izah olunub.

Təlimdə heyətlər tərəfindən “İqla-S” daşına bilən zenit-raket qurğusunun döyüşə hazır vəziyyətə gətirilməsi, aşkar olunan şərti düşmənin hava hədəflərinin zərərsizləşdirilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Azərbaycan Ordusunda bölmələrin döyüş hazırlığının və şəxsi heyətin fərdi peşəkarlığının daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlər davam edir.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri