29 
Yan
2021
21:07
784
23
5269
Virtual karabakh

Hulusi Akar: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi sabah fəaliyyətə başlayır”

29 Yan, 2021
21:07
5269

Hulusi Akar: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi sabah fəaliyyətə başlayır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı Zakir Həsənovla telefon vasitəsilə əlaqə saxlayıb.

“Haber Global” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən Akar Zakir Həsənovla müdafiə və təhlükəsizlik sahələrində görülən və görüləcək işlərdən danışdığını bildirib.

“11 noyabr 2020-ci il tarixində rusiyalı həmkarım Şoyqu ilə Qarabağdakı atəşkəsi izləmək və nəzarət etmək üçün yaradılacaq Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə dair anlaşma memorandumunu imzaladıq. Ortaq mərkəzin yaradılması istiqamətində işlər başa çatıb. Türk və rus əsgərlərinin çalışacağı ortaq mərkəz sabah fəaliyyətə başlayacaq. Zakir Həsənovla son vəziyyəti qiymətləndirdik və qarşılıqlı olaraq xoş arzularımızı çatdırdıq.

Qardaşlarımızın hüquqlarını və qanunlarını müdafiə etmək vəzifəmizi yerinə yetirəcəyik. Bir millət və iki dövlət anlayışı ilə bu günə qədər azərbaycanlı qardaşlarımızla birlikdə olmuşuq və bundan sonra da davam edəcəyik”, - deyə H.Akar qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri