27 
Apr
2024
01:36
419
24
7796
Virtual karabakh

“Real Madrid” Arda Gülerin qolu ilə qələbə qazandı - YENİLƏNİB + VİDEO

27 Apr, 2024
01:36
7796

“Real Madrid” Arda Gülerin qolu ilə qələbə qazandı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniya La Liqasının 33-cü turunun “Real Sosyedad” və “Real Madrid” komandalarının qarşılaşdığı matç başa çatıb.

Oxu.Az xəbər verir ki, oyun San Sebastiandakı “Reale Arena”da baş tutub. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

30-cu dəqiqədə qonaqların yarımmüdafiəçisi Arda Güler ​​qarşılaşmada hesabı açıb. 33-cü dəqiqədə “Real Sosyedad”ın hücumçusu Takefusa Kubo qol vurub, lakin VAR-ın yoxlamasından sonra hücumda fol qeydə alındığı üçün qol hesablanmayıb.

Qeyd edək ki, İspaniya çempionatının 33 turundan sonra “Real Sosyedad”ın 51 xalı var və altıncı yerdədir. Eyni sayda oyundan sonra “qaymaqlılar” 84 xal toplayıb və birinci yerdədirlər.

26.04.2024, 23:56

İspaniya La Liqasının 33-cü turunda “Real Madrid” səfərdə “Real Sosyedad”la qarşılaşıb.

Bu mövsüm ilk dəfə La Liqada ilk 11-lik heyətdə meydana çıxan Arda Güler matçın 29-cu dəqiqəsində qola imza atıb və bununla da komandasını hesabda önə çıxarıb. 

Arda Gülerin qolundan sonra “Real Madrid” klubu rəsmi “X” hesabında bununla bağlı paylaşım edib və Türkiyə bayrağının fotosunu yerləşdirib.

Mənbə: A Spor

22:48

İspaniya La Liqasının 33-cü turunda “Real Madrid” səfərdə “Real Sosyedad”la qarşılaşacaq.

“Real Madrid”də çıxış edən türkiyəli gənc futbolçu Arda Güler bu oyunda ilk 11-lik heyətdə meydana çıxacaq.

Bununla da, Arda ​​bu mövsüm ilk dəfə La Liqada ilk 11-lik heyətdə meydana çıxmış olacaq.

Qeyd edək ki, qarşılaşmadan əvvəl “Real Madrid” 81 xalla zirvədədir. “Real Sosyedad” isə 51 xalla 6-cı yerdədir.

Mənbə: Takvim

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri